Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Gəncə şəhərinə səfər zamanı 1500 məcburi köçkün ailəsi üçün tikilib istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur.

12 mart 2014 | 16:00

Tariximizin şərəfli bir dövrü Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq və dövlət qarşısında əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxt Bakı ilə yanaşı, bölgələrdə də dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün çox mühüm işlər görülmüşdür. Gəncə şəhərində  1500 məcburi köçkün ailəsi üçün tikilib istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin yaradılması dahi siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan daha bir mühüm addımdır. Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Mərkəzlə yaxından tanışlıq bir daha sübut edir ki, bütün mənalı ömrünü xalqına və Azərbaycan dövlətçiliyinə həsr edən Ulu Öndər hər şeydən çox sevdiyi Vətəni üçün tarixi işlər görmüşdür.
Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratmış, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanı öz üzərinə götürmüşdür. Ulu Öndər güclü dövlət və səmərəli iqtisadiyyat amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixinə şanlı  səhifələr yazmışdır.
Orijinal üslubda inşa edilən Heydər Əliyev Mərkəzi Azərbaycanın milli mənəvi dəyərlərinin zənginliyini nümayiş etdirmək baxımından da çox mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə isə bu cür mərkəzlərin inşası Ulu Öndərin siyasi irsinin öyrənilməsi ilə yanaşı, onun gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. Ulu Öndər istər sovet illəri, istərsə də müstəqillik dövründə Azərbaycanın bütün regionlarının inkişafına xüsusi diqqət yetirmişdir. .

Keçidlər