Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə video konfrans keçirdib
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müzəffər ordunun qalib sərkərdəsi ,Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğulayaraq tarixi qələbə münasibəti ilə konfrans iştirakçılarını təbrik etmiş, Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, şəhidlərimiz hər an bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Konfransın 2 Fevral gənclər gününə təsadüf etdiyi qeyd edən rayon rəhbəri bu gün münasibəti ilə konfransda iştirak edən gənc məktəb direktorlarını və məktəblərin gənc kollektivlərini “2 Fevral gənclər günü” münasibəti ilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O bildirmişdir ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.Ölkəmizdə gənclər hərtərəfli diqqət və qayğı göstərilmiş, gənclərimiz dövlət idarəçiliyində irəli çəkilmişdir.
Rayonun ümumtəhsil məktəblərində tədrisin əyani formada təşkil olunacağına toxunan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vurğulamışdır ki, pandemiya şəraitində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesi əyani formada təşkil olunacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli, 12 nömrəli qərarına uyğun olaraq rayonun bütün məktəblərində tədrisin həyata keçirilməsini , mövcud qanunvericiliyin icrasına ciddi nəzarət edilməsinin vacibliyini qeyd etdi.Video konfransada korrupsiyaya qarşı ölkəmizdə aparılan mübarizəyə hər bir vətəndaşın dəstək verməli olduğunu bildirərək Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd etmişdir ki, rayonun bütün ümumtəhsil məktəblərində şəffalıq təmin edilməli, neqativ hallara yol verilməməlidir.Nöqsanlara yol verən məktəb direktorunun qanun qarşısında ən sərt şəkildə cəza alacağını onların diqqətinə çatdırmışdır.