Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə sisteminin inkişafı dövlətin strateji vəzifəsidir.Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir.

04 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak etmələri dövlət başçısının ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək;
Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb.Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.
Ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Cənab İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.
Pandemiya ilə mübarizə işinin təşkilində bütün imkanlar səfərbər oldu.Dövlət başçımızın vaxtında atdığı düzgün addımlar, peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı.Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər gördü və bu gündə bu tədbirlər davam etdirilir.Əhalimizin aztəminatlı hissəsinə dövlət yenədə öz kömək əlini uzatdı və hər ay onlara 190 manat pul verdiki pandemiya dövründə əziyyət çəkməsinlər.Ölkəmiz pandemiya ilə mübarizədə digər kasıb olan ölkələrədə maliyyə köməkliyi etdi eyni zamanda  beynəlxalq təşəbbüsləri pandemiya dövründə də davam edirdi.
Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.
   Bu gün Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir.Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır və  Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar.Bütün məsələlərdə oldu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır.Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin yorulmaz əməyinin və öz xalqına sevgisinin təzahürüdür.

  Rayon ağsaqqalı
  Musa Əzizov (Musa Əziz)

 

Keçidlər