Şriftin ölçüsü :

Saytın rəngi :

İndi xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə yenidən öz doğma yurd-yuvasına qayıdacaq, orada yaşayıb yaradacaqdır.

04 fevral 2021 | 16:00

 

Erməni vandalları  Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıblar.İşğal alıtında olan Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Kəlbəcərdə kəndlər dağdılıb,  binaları uçurdulub, talan edilibdir.
Dünya müasir bir dövürdə belə bir erməni vəhşiliyinə şahid olmayıb, görübsə səsini çıxarmayıb.Evlər sökülüb, binalar sağıdılıb, məscidlər uçurdulub, əliyalın insanlara divan tutularaq diri-diri yandırılıb, qadınlı-uşaqlı, ağsaqqal-yaşlı demədən güllədən keçiribdir.
Şükürlər olsun ki, bu gün həmin soydaşlarımızın qisası alınıb,Müzəffər Ali Baş Komandan, qətiyyətli və dəmir iradəyə sahib qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə şücaətli, igid Azərbaycan oğlulları 44 gün müddətində  düşmənin başına od yağdıraraq tarixi qələbə qazanmış və üç rəngli şanlı Azərbaycan bayrağını işğal altındakı ərazilərimizdə dalğalandıraraq ərazi bütövlüyümüzü bərpa etmişdir.
Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar.Dövlət başçımızın tapşırığı ilə erməni işğalı zamanı törədilmiş talançılığa, vəhşiliyə dünyanın diqqətini cəlb etmək üçün oraya jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət edilir.
Ermənilər elə hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra ayağa dura biləcəyini, zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edib inkişaf edəcəyini görə bilməyiblər.İndi xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə öz doğma yurd-yuvasına qayıdacaq, orada yaşayıb yaradacaqdır.
Azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, işlər aparılır.İlkin olaraq həmin ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, çünki orada xalqımız sərbəst, təhlülkəsiz yaşamalıdırlar.Hər bir vətəndaşımız dövlətimiz üçün dəyərlidir.Bütün təhlülkəsizlik tədbirləri yekunlaşandan sonra biz məcburi köçkünlər yenidən öz doğma elimizə-obamıza qayıdacağıq. Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dağıdılmış şəhərlər və  rayonlar  tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, həmin şəhərlər ölkəmizin incisi olcaqdır. Biz məcburi köçkünlərdə  işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında və bərpasında həmişə olduğu kimi bu gündə dövlətimizin və prezidentimizin yanındayıq, dəstəyik.

Əli Qələndərov
Rayon ağsaqqalı

Keçidlər