Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ailəsini ziyarət edib.

23 fevral 2021 | 16:00

     Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  ilk öncə şəhid Şəfiyev Daşqının məzarını ziyarət edib, məzarı üstə tər qərənfilər düzüb, şəhidlərimizin ruhuna dualar oxunub.Daha sonra rayon rəhbəri şəhidin böyüyüb boya-başa çatdığı evində olub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü  uğrunda şəhid olan Daşqın Şəfiyevə  Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
    Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğulayaraq tarixi qələbə qazanıldığını və bu qələbədə Şəfiyevlər ailəsinində payı olduğunu qeyd edərək, Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki,  Daşqında digər şəhidlərimiz  kimi hər an bizim qəlbimizdə əbədi yaşayacaqdır.Bizlər Daşqın Şəfiyev kimi vətənə canlarını fəda etmiş igidlərimizin sayəsində biz doğma Kəlbəcərimizə, Qarabağımıza qayıdırıq.Bu gün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev tərəfindən, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı ayrılır, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyətidə daima şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb, bundan sonrada bu yanaşma davam edəcəkdir.
    Azər Qocayev şəhid ailəsini narahat edən məsələlərlə maraqlanıb. Onların müraciət və istəklərini dinləyən rayon rəhbəri, problemlərin həlli istiqamətində lazım olan bütün tədbirlərin görüləcəyini şəhid ailəsinə bildirdi.
      Şəhidin atası Hidayət Şəfiyev qeyd edib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. O oğulu ilə fəxr etdiyini və bir oğul torpağa verərək minlərlə oğul qazandığını bildirmişdir.Şəhidin atası vurğulamışdır ki, dövlətimiz və xalqımız şəhidlərin xatirəsini daim uca tutur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunublar.Hidayət  Şəfiyev  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edib.

Keçidlər