Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız Xocalı soyqırımı qurbanlarınının əziz xatirəsini qalib xalq olaraq anır.

26 fevral 2021 | 16:00

     Xocalı soyqırımının törədilməsindən 29 il ötür. Lakin xalqımız bu soyqırım faktını heç bir zaman unutmamış və illər keçməsinə baxmayaraq bu faciənin ağrı-acısını həmin ki, gün kimi hiss etmişdir.Xocalı faciəsi təkcə xocalılara, azərbaycanlılara qarşı törədilmiş faciə deyil, Xocalı faciəsi bütün bəşəriyyətə qarşı törədilmiş faciədir.
     Xocalı soyqırımını törədənlərin məqsədi xalqımızı sarsıtmaq, milli ruhumuzu sındırmaq olsa da, onlar buna nail olmadılar.Xalıqımızın milli iradəsi, ruhu nəinki sındı əksinə bir yumruq altında birləşərək milli birlik yaratdı və bu faciəni bizlərə yaşadan qüvvələrə sarsıdıcı elə bir zərbə vurdu ki, onlar ömürlərinin sonuna qədər bu zərbənin təsirindən ayılmayacaqdır.
     Ötən 29 il ərzində Azərbaycan xalqı nəinki Xocalı soyqırımının qurbanlarını unutmadı, unutdurmadı, hətta erməni şovinistlərinin iç üzünü beynəlxalq arenada ifşa etdi və nəticədə dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıdı. Bununla da, bütün dünyaya bir daha nümayiş etdirdik ki, xalqımız Xocalı soyqırımını unutmadı və unutdurmadı, hətta qisasını aldı.
Bu dəhşətli soyqırımının növbəti ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb.
     Faciənin 29-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin doqquz il əvvəl dediyi sözlər yada düşür: “Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.
Şanlı Azərbaycan əsgəri işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı.
     Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik...

#JusticeForKhojaly #Khojaly #KhojalyGenocide #ArmenianTerror #HumanRights #Xocalı #XocalıSoyqırımı #26Fevral #XocalıyaƏdalət #unutmadıq #unutdurmadıq #dontforget #KhojalyisAzerbaijan #KarabakhisAzerbaijan

 

Keçidlər