“5 mart-Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Kəlbəcər rayon İcra Hakimiyyətində müxtəlif idman növləri üzrə yüksək mükafatlarla təltif edilmiş idmançılar və onların məşqiçiləri ilə görüş keçirilmişdir.
05 mart 2026 | 13:14
“5 mart-Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Kəlbəcər rayon İcra Hakimiyyətində müxtəlif idman növləri üzrə yüksək mükafatlarla təltif edilmiş idmançılar və onların məşqiçiləri ilə görüş keçirilmişdir.Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Gənclər və İdman sektorunun müdiri Musa Məmmədov, məşqiçilər və idmançılar iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, öz ehtiramlarını bildiriblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları, məşqçiləri, idmansevərləri və sağlam həyat tərzini dəstəkləyən hər kəsi səmimi-qəlbdən təbrik edib, yeni qələbələr arzulayıb.Bildirib ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Xalqımızın sağlamlığının qorunması və möhkəmlənməsində, gənclərimizin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq Prezident cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli 654 nömrəli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq arenalarda böyük uğurlar qazanır və ölkəmizin idman şöhrətini yüksəldir.Eyni zamanda vurğulayıb ki, sevindirici haldır ki, ölkəmizin digər bölgələri ki, bu gün Qarabağımız beynəlxalq yarışlara ev sahibliyi edir.Çıxış edən Kəlbəcər rayon Gənclər və İdman sektorunun müdiri Musa Məmmədov,məşqçi müəllimlər və idmançılar ölkəmizdə idmana və idmançılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Yarışlarda Azərbaycanın bayrağını ən yüksək zirvələrə qaldırmağa çalışacaqlarına söz veriblər. Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən qabaqcıl məşqçi müəllimlər və idmançılar “Fəxri Fərman” lar təltif ediliblər.
Qeyd edək ki, təltif edilən iki idmançı Dərya və Aydan Hüseynova bacıları şəhid Hüseynov Elbrusun övladlarıdır.






