Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda Koronavirusa (COVİD-19) qarşı vaksinləşmə prosesinin daha mütəşəkkil şəkildə həyata keçirmək məqsədi ilə Operativ Qərargahın iclası keçirilib.

02 mart 2021 | 16:00

     Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilməsindən sonra Kəlbəcər rayonun xidməti ərazisində Koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinləşmə prosesini əhali arasında uğurla həyata keçirmək, eləcədə əhali arasında maarifləndirmə işlərinin aparılması  məqsədi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın yaradılması ilə əlaqədar olaraq iclas keçirilib. İclasda rayon rəhbəri Azər Qocayev bildirib ki, Koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üçün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bütün lazımi addımlar atılmış, ən təhlülkəsiz vaksinlər ölkəmizə gətirilmişdir.18.01.2021-ci il tarixindən əhali arasında başlanılmış vaksinasiya prosesi mövcud təlimata uyğun olaraq hal- hazırda rayonumuzda uğurla həyata keçirilir. İclasda çıxış edən Kəlbəcər Rayon Prokuroru Vüqar Əhmədli vaksinasiyanın əhəmiyyətindən söz açaraq hər bir məmurun bu işdə fəal olmağını və bu vacib dövlət tədbirinin uğurlu icrasına töhvə verməli olduğunu bildirdi.
     İşçi qrupunun iclası zamanı Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonun xidməti ərazisində əhali arasında vaksinləşmə prosesinin daha  mütəşəkkil şəkildə həyata  keçirilməsi məqsədi ilə aidiyyəti qurumlarla daha sıx şəkildə işlənilməli olduğunu qeyd edərək bu istiqamətdə öz tapşırıqlarını verdi.

Keçidlər