Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.Beləki, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin sərəncamı ilə Vətən Müharibəsinin iştirakçısı Oruczadə Tural Nazim oğlu bu şöbənin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Oruczadə Tural Nazim oğlu Azərbaycan Dövlət Pedaqoji İnstitunun Quba filialının Filologiya fakültəsini bitirib. 2015-ci ildən bu vəzifəyə təyin olunanadək Kəlbəcər rayon 78 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Oruczadə Tural Nazim oğlu Vətən Müharibəsinə könüllü olaraq qatılmış, Tərtər, Ağdərə, Suqovuşan və Laçın-Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin kollektivi Oruczadə Tural Nazim oğlunu yeni vəzifəyə təyinatı münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.