Vətən müharibəsi iştirakçısına Kəlbəcər Rayon İcra Hakimiyyətində vəzifə verildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi vəzifəsinə təyinat olub.Beləki, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin sərəncamı ilə Vətən Müharibəsinin iştirakçısı Məmmədzadə Taleh Əli oğlu bu şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Məmmədzadə Taleh Əli oğlu Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyət göstərib. Məmmədzadə Taleh Əli oğlu Vətən Müharibəsinə Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin kollektivi Məmmədzadə Taleh Əli oğlunu yeni vəzifəyə təyinatı münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.