Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov müxtəlif məsələlərlə bağlı RİH-in inzibati binasında görüşlər keçirib.

29 mart 2021 | 16:00

29 mart 2021-ci il tarixdə baş tutan görüşlərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov və aidiyyəti şəxslər, şəhid ailələri, qazilər, veteranlar və sadə vətəndaşlar  iştirak ediblər.Görüşlər vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla  yad edilməklə başlayıb.
     Pandemiya şəraitində Nazirlər Kabinetinin müvafiq qərarlarına əməl etməklə həyata keçirilən  görüşlərdə rayon rəsmiləri bildiriblər ki, 30 ilə yaxın bir müddətdə torpaqlarımızın 20%-i  mənfur düşmən tapdağı altında qalmışdır.Ermənistanın mülki əhalinin hədəf seçməsi və yaşayış yerlərinə atəş açmasının qarşısının alması məqsədi ilə  27 sentyabrdan başlayan əks hücum həmləsi ordumuzun düşmən üzərində parlaq qələbəsi ilə başa çatdı.Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin, ölkəmizdə xalq iqtidar birliyinin, dövlətin, xalqın və ordunun birliyindən doğan dəmir iradənin, yumruğun nəticəsində torpaqlarımız azad olunmuş, ərazi btüvlüyümüz bərpa edilmişdir.Şanlı, rəşadətli əsgər və zabitlərimizin qorxmazlığı, qəhrəmanlığı sayəsində tarixi qələbə qazanılmış və qalib ordular, dövlətlər içində Azərbaycanında adı yazılmışdır.44 günlük Vətən müharibəsi dünyanın hərb tarixində özünəməxsus yer tutmuşdur. Bir daha xalqımız şahid oldu ki, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasətində yalnız bir amil prioritetdir - Azərbaycan xalqının və dövlətinin milli maraqları. Vətən müharibəsinin gedişi və yekunları cənab İlham Əliyevin necə vətənpərvər, qətiyyətli və prinsipial Prezident olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı heç bir beynəlxalq gücə boyun əymədən, xarici təzyiqləri dəf edərək xalqımızı milli hədəflərə doğru apardı və tarixi Zəfəri təmin etdi!
    Qələbənin əldə olunmasında öz canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, veteranlarımızın mislisiz xidmətləri var.Məhz bu səbəbdən də dövlətimiz bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Azərbaycan dövlətinin  apardığı sosial siyasətin prioritet istiqamətlərindən birini ölkəmizin Silahlı Qüvvələrinin şəxsi heyətinin, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətdə layiqli statusunun təmini məsələləri təşkil edib. Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan hərbi-vətənpərvərlik təbliğatı və sosial müdafiə tədbirləri cəmiyyətdə orduya və hərbi qulluqçulara yüksək etimad və rəğbətin təmin olunmasına, hərbçilərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərinin adekvat dəyərləndirilməsinə hesablanıb.
     Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə Heydər Əliyev Fondu tərəfindən veteran hərbçi və şəhid ailələri üçün Bakının rayonlarında və regionlarda çoxsaylı fərdi ev və yaşayış binaları inşa olunub, onlara müxtəlif sosial yardımlar edilib. Prezident İlham Əliyev xalqa çoxsaylı müraciətləri və xarici KİV-ə müsahibələrində Azərbaycan Ordusunun yüksək döyüş ruhunu, peşəkarlıq səviyyəsini, hərbçilərimizin yüksək şücaət və rəşadətini xüsusi vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edərək onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bəyan edib.
    Bildirilib ki, rayon əhalisi öz dədə-baba torpaqlarını düşmən tapdağından azad etdiyi üçün Ali Baş Komandana minnətdardır. Eyni zamanda təhlülkəsizlik tədbirləri yekunlaşandan sonra Kəlbəcər rayon sakinləri möhtərəm cənab prezidentin Böyük Qayıdış planının həyata keçirilməsi üçün istənilən sahədə  töhfə verməyə hazırdırlar.İşğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun yenidən qrulmasında, rayonumuzun  çikəklənməsində hər bir kəlbəcərli müsəlləh əskər kimi dövlət başçısının yanındadır.
     Kəlbəcər rayonunda  dövlət qayğısının davamı olaraq şəhid ailələri və qazilərimiz eləcədə müharibə veteranları daima diqqətdə saxlanılır.Yerlərdə şəhid ailələrinin və qazilərimizin səsləndirdiyi və onları narahat edən məsələlərdən biri də onların sağlamlıqlarının bərpası üçün müəyyən addımların atılmasıdır.Bu məsələyə münasibət bildirən rayon rəsmiləri müharibədə yaranmış psixoloji sarsıntılarn, reabiltasiya ilə keçməsi mümkün olan xəstəliklərin aradan qaldırılması istiqamətində müvafiq işlərin görüldüyünü qeyd edtmişdir.Beləki, mərhələli şəkildə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yerli sanatoriyalara göndərilməsi  nəzərdə tutulub. Kəlbəcər Rayon İcra Hakmiyyətinin başçısı Azər Qocayev bu məqsədlə aidiyyəti şəxlərə reabiltasiyaya ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi və onların  reabilitasiyaya cəlb edilməsi üçün müvafiq tapşırıqlar verib, bununla  bağlı Millət vəkili Aqil Məmmədovda aidiyyəti qurumlar qarşısında məsələ qalıracağını bildirib.
       Daha sonra görüşə gələn şəhid ailələrini, qaziləri eləcədə digər vətəndaşları qəbul edən  İcra Hakimiyyətinin başçısı Azər Qocayev  və Millət vəkili Aqil Məmmədov onları dinləyib, onları narahat edən problemlərin həlli istiqamətində qanunamüvafiq qaydada tövsiyyə və tapşırıqlarını veriblər.

Keçidlər