Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təbriki.

28 mart 2021 | 16:00


Bu gün ölkəmizdə Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi qeyd olunur.
Azərbaycanda dövlət təhlükəsizliyi orqanlarının inkişafında vaxtı ilə xidmət etmiş və ali rütbə almış Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının, Kəlbəcər Rayon Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşlarını, veteranlarımızı səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!

Keçidlər