Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən növbəti reyd keçirilib.⠀⠀⠀

06 aprel 2021 | 16:00

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyevin, Kəlbəcər Rayon Polis şöbəsinin əməkdaşlarının və Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” un üzvlərinin birgə iştirakı  ilə reyd keçirilib.Beləki koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə əhalinin sıx toplaşdığı obyektlərdə, marketlərdə və digər sıxlıq təşkil edən ərazilərdə növbəti dəfə vətəndaşlarla maarifləndirmə işləri aparılıb.Xüsusi karantin rejiminin davam etdirilməsi ilə əlaqədar olaraq ticarət obyektlərində maskadan və digər qoruyucu vasitələrdən istifadə olunması tövsiyyə olunub.

Keçidlər