Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vaksinasiya prosesi ilə bağlı Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub

08 aprel 2021 | 16:00

     Ölkəmizin bütün regionlarında olduğu kimi, Kəlbəcər rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
     08 aprel 2021-ci il tarixində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı  Azər Qocayev  vaksinasiya prosesinin gedişi ilə maraqlanmaq məqsədilə Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub, lazimi tövsiyə və tapşırıqlarını verib.  
      Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Səadət Əliyeva əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlərin görülməsi,  bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi barədə məlumat verib...
     Daha sonra vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərlə səmimi söhbət edən İcra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində  olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumrayon kampaniyasında  hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
     Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər