Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə tədbir keçirildi

19 mart 2014 | 16:00

18 mart 2014-cü il tarixdə Gəncə şəhərində  Kəlbəcər  rayon İcra hakimiyyəti başçısı aparatının qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə tədbir keçirildi.
     Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak etdi.
      Rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov  əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizlə tanış oldu və bayram tonqalına  alov vuraraq möhtəşəm bayram tədbirini açıq élan etdi.
     Əvvəlcə  Kosa və Keçəlin yumoristik səhnələri və eyni zamanda da körpə fidanlara öz Novruz hədiyyələrini verməsi, oyunbazların göstərdiyi oyunlar, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri  və yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
     Tədbirin sonunda Heydər Əliyev adına  Kəlbəcər rayon  Mədəniyyət evinin öz fəaliyyət kollektivinin ifacıları  və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin ifası ilə geniş konsert proqramı təqdim olundu.

Keçidlər