Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilən ehsan bulağının açılışı olub.
Mərasimdə şəhidin valideyinləri, doğmaları, Kəlbəcər və Samux Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, şəhid ailələri, qazilər və kənd camaatı iştirak edib.Tədbirdə əvvəlcə şəhidin məzarı ziyarət olunub, məzarı üstünə tər qərənfillər düzülərək, şəhidlərimizin ruhuna dular oxunub.Daha sonra açılış mərasimində şəhid Daşqın Şəfiyevin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşərək Vətən naminə ölüm-dirim mübarizəsinə qalxıb.Bildirilib ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqın inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi.Eyni zamanda qeyd olunub ki, Vətən müharibəsində tarixi qələbə qazanılıb və bu qələbədə Şəfiyevlər ailəsinində payı var. Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirilmişdir ki, Daşqında digər şəhidlərimiz kimi hər an bizim qəlbimizdə əbədi yaşayacaqdır.Bizlər Daşqın Şəfiyev kimi vətənə canlarını fəda etmiş igidlərimizin sayəsində doğma Kəlbəcərimizə, Qarabağımıza qayıdırıq.Bu gün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev tərəfindən, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyətidə daima şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb, bundan sonrada bu yanaşma davam edəcəkdir.
Mərasim iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev könüllü olaraq döyüşlərə qatılıb və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn edilib.Ölümündən sonra Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!