Göygöl rayon Şəhidlər xiyabanında Kəlbəcər rayonundan olan hər iki şəhidlə vida mərasimi keçirilib.
Göygöl rayon Şəhidlər xiyabanında Vətən müharibəsində itkin düşən, sonradan nəşi tapılaraq ailəsinə təhvil verilən şəhid Eldəniz Verdiyevlə və xidməti vəzifəsini yerinə yetirərkən Kəlbəcər rayonun Susuzluq kəndində tank əleyhinə minanın partlaması səbəbi ilə şəhid olan Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini, şəhid Arif Əliyevlə vida mərasimi keçirilib.
Vida mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov, şəhidimizin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin kollektivi uca Allahdan şəhidlərimizə rəhmət, kədərli ailələrinə səbr diləyir.