Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun rəhbərliyi ilə video müşavirə keçirilib.

21 iyul 2021 | 16:00

     Baş  Nazirin rəhbərliyi ilə keçirilən müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri iştirak ediblər.Müşavirədə ölkə ərazisində COVİD-19  pandemiyasına qarşı aparılan mübarizənin vəziyyəti müzakirə edilib.Bildirilib ki,  əhali arasında vaksinasiyanın əhəmiyyətini və vakansiyaya cəlb edilməsinin mütəşəkkil təşkil etmək üçün maarifləndirici tədbirlər görülməlidir.Eyni zamanda əhali arasında müvafiq vaksininin birinci dozasını qəbul edib, ikinci dozasını vurdurmaqdan yayınan şəxslər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılmalıdır.

        Müşavirədə o da, qeyd edilib ki, bəzi xəstəxanalarda həkimlər tərəfindən ciddi qanun pozuntularına yol verilir, vətəndaşlara saxta yolla arayışlar təqdim olunur.Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq addımlar atılmış və məsuliyyətə cəlb edilmişdir.Toy və yas mərasimlərinin təşkilində xüsusi nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayan Baş Nazir,  əhali arasında pandemiya qaydalarına uyğun şəkildə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mərasimlərinin keçirmələrini, bu qaydalara əməl etməyən şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbirlərin görülməsini aidiyyatı qurumlara bildirmişdir.

Keçidlər