Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 69 illiyi Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təntənə ilə qeyd edilmişdir

10 may 2014 | 15:00

Kəlbəcər rayon İcra hakimiyyətinin inzibati binasının iclas zalında 9 may 2014-cü il tarixdə  1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin  69-cu il dönümü münasibəti ilə geniş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının I müavini,  müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyəti Başçısının   inzibati ərazi dairələri üzrə nümayəndələri,  ağsaqqallar,      ictimaiyyət nümayəndələri iştirak edirdilər.
       Tədbirdə çıxış edən  Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının I müavini cənab Eldəniz Mehtiyev veteranları  təbrik edərək,   Böyük Vətən Müharibəsində qələbənin heç də asanlıqla əldə edilmədiyini, bu müharibədə Azərbaycandan 600 mindən çox şəxs iştirak etdiyini qeyd etdi. Eyni zamanda cənab Eldəniz Mehtiyev qeyd etdi ki,  İkinci Dünya müharibəsində Azərbaycan xalqının xidmətlərinin qiymətləndirilməsində Ümummilli liderimiz Heydər Əliyevin əməyi böyük olmuşdur. Bu diqqət və qayğı bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.
        Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə, qələbədə əməyi olan şəxslərə birdəfəlik maddi yardım göstərilməsi onlara dövlət qayğısının bariz nümunəsidir.
        Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
 

Keçidlər