Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Başlıbel faciəsi qurbanlarının yaxınları ilə görüşüb.

12 avqust 2021 | 16:00

      Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Başlıbel faciəsi zamanı həlak olmuş şəxslərin yaxınları və faicənin canlı şahidləri iştirak edib.
    Əvvəlcə  Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və faciə qurbanlarının əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayaraq onlara xüsusi diqqət və qayğı göstərir.Rayon rəhbəri qeyd etmişdir ki,Kəlbəcər rayonu da, erməni vandalizimindən əziyyət çəkmişdir və bu gündə rayonumuzun sakinləri bu vandalizmin ağrısını, acısını yaşayır.Kəlbəcər rayonunda ermənilər Ağdaban faciəsindən sonra Başlıbel faciəsini törətmişdir. Başlıbel faciəsi zamanı kənd sakinlərinin bir hissəsi erməni yaraqlılarından qaçaraq canlarını qurtara bilsələrdə, bir hissəsi mağaralara sığınmış  və oradaca kütləvi şəkildə erməni vandalizminin qurbanına çevrilərək qətlə yetirlimişdirlər.
    Rayon İcra Hakmiyyətinin başçısı Azər Qocayev bildirib ki, onların ruhlarıda digər şəhidlərimizin ruhları kimi şaddır.Çünki Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasətinin, qətiyyətinin və əsgərlərimizin qəhramanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz bərpa edilmiş və həmin ərazilərdə üç rəngli müqəddəs Azərbaycan bayrağı dalğalandırılmışdır. Eyni zamanda rayon rəhbəri vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında artıq işğaldan azad olunmuş rayonlarda, o cümlədən Kəlbəcər rayonunda da, yenidən qurma işləri başlayıb və digər şəhidlərimiz  kimi, Başlıbel faciəsinin qurbanlarınında əziz xatirəsi qanunamüvafiq qaydada əbədiləşdiriləcəkdir.
     Başlıbel faciəsi qurbanlarının ailə üzvləri və faciənin canlı şahidləri hər zaman dövlət başçısının diqqətini hiss etdiklərini qeyd edərək, onları öz torpaqlarına qovşdurduğu üçün prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişdirlər.

Keçidlər