Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və paraolimpiyaçı cüdoçu İlham Zəkiyev Vətən müharibəsi qaziləri ilə görüşüb.

13 avqust 2021 | 16:00

    Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, cüdo idman növü üzrə   Azərbaycan  paraolimpiyaçısı , "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" adına, "Tərəqqi" medalına , "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülmüş və  2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu və  2015-ci il Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 7-ci Dan Qara kəmər sahibi İlham Zəkiyev, Azərbaycanın cüdo üzrə paralimpiya yığması komandasının məşqiçisi və eləcədə paraolimpiyaçı cüdoçu İlham Zəkiyevin şəxsi məşqiçisi Azad Zahidov və Vətən müharibəsi qaziləri iştirak edib.
    Görüşdə Kəlbəcər  rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev  vurğulayıb ki, dünya miqyasında idman ölkəsi kimi tanınan doğma vətənimizin son  illərdə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azər Qocayev  bildirdi ki, dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır və buna görədə dünyanın bir çox beynəlxalq idman yarışlarına ölkəmiz ev sahibliyi edir.Kəlbəcər rayon sakinləri  məcbur köçkün həyatı yaşamalarına baxmayaraq yeniyetmə və gənclərimiz idmandan kənarda qalmamış və rayonumuzun gəncləri  dünya, avropa və ölkə  çempionatlarında uğurlu nəticələr əldə etmişdir.
       Rayon rəhbəri bildirmişdir ki, bu gün şanlı Azərbaycan bayrağı təkcə idman arenalarında deyil, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğunun sayəsində işğaldan azad edilmiş rayonlarımızda o cümlədən Kəlbəcər rayonunda da dalğalanır. Düşmən tapdağından azad edilən ərazilərimizdə o cümlədən  Kəlbəcər rayonunda da, dövlətimizin başçısı tərəfindən yeni infrasturuktur lahiyələrinin icrasına başlanılacaq və digər sahələr kimi Kəlbəcər rayonu  ölkəmizdə idmanın inkişaf etmiş rayonlarından birinə çeviləcəkdir.          
       Eyni zamandan qeyd etmişdir ki, bu görşü keçirməkdə məqsəd vətən uğrunda sağlamlıqlarını itirmiş qazilərimizə sitimul verməkdən ibarətdir ki, onlar bundan sonrada xalqımız üçün, dövlətimiz üçün İlham Zəkiyevin timsalında xidmət edə bilərlər.
      Paraolimpiyaçı İlham Zəkiyev bildirmişdir ki, o eyni zamanda Qarabağ qazisidir.Kəşfiyyatçı kimi döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Bu gün tarixi qələbənin qazanılmasında əməyi olan Vətən müharibəsi qaziləri ilə görüşə gəlməklərində məqsəd  qazilərimizə öz mənəvi dəstəklərini ifadə etmək və onlara motivasiya verməkdən ibarətdir ki, hər hansısa bir bədən üzvünü itirmək onları özlərinə qapamamalıdır.Əksinə mübariz olub, onun kimi, digər paraolimyaçılar kimi dövlətimizə və xalqımıza xidmət edə bilərlər.
       Daha sonra çıxış edən Azərbaycanın cüdo üzrə paralimpiya yığması komandasının məşqiçisi və eləcədə paraolimpiyaçı cüdoçu İlham Zəkiyevin şəxsi məşqiçisi Azad Zahidov bildirmişdir ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb və  İlham Zəkiyev Azərbaycanın paralimpiya komandasının bayraqdarı olacaqdır.
       Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri görüşdən məmnun olduqlarını bildirərək paraolimpiyaçı cüdoçu İlham Zəkiyevə Tokio-2020 Yay Olimpiya Oyunlarınında uğurlar arzulayıblar.Daha sonra tədbirin sonunda xatirə şəkili çəkdirilib.

Keçidlər