Kəlbəcərlilər ulu öndər Heydər Əliyevə öz ehtiram və məhəbbətlərini nümayiş etdirdilər.
Mayın 10-da Kəlbəcər rayon ictimaiyyəti nümayəndələri ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi ilə əlaqədar olaraq, Gəncə şəhəri Nəriman Nərimanov pr.3 ünvanında ucalan abidəsi önünə toplaşmışlar. Əllərində qızıl güllər tutmuş rayon sakinləri sanki bu xoşbəxt günləri onlara bəxş edən dahi bir insana minnətdarlığa gəlmişdilər. Tədbir Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində davam etdirildi. Rayon ziyalıları və sakinləri bütün ömrü boyu xalqının xoşbəxtliyi üçün çalışan bu əvəzolunmaz insanın gördüyü işlərdən danışır, kəlbəcərlilərlə görüşlərdən və xoş xatirələrini yada salırdılar.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının I müavini cənab Eldəniz Mehtiyev başda olmaqla şəhərin idarə, müəssisə təşkilatların rəhbərləri cıxış edərək görkəmli dövlət xadiminə ehtiramlarını bildirmişlər.
Bayram tədbiri konsert proqramı ilə davam etmişdir.