Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Tərtər rayonunda yaşayan mülki şəhid ailələri ilə görüş keçirdi.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru Vüqar Əhmədli, İctimai Nəzarət Şurasının sədri və rayon Ağsaqqalları II Vətən müharibəsi zamanı Tərtər rayon Şıxarx qəsəbəsi və Tərtər rayon Həsənqaya kəndində düşmən artilleriya atışı nəticəsində vəfat etmiş mülki şəhid Həsənov Zabil Məhəmməd oğlu və Zamanov Şakir Xasay oğlunun ailəsini ziyarət etmişdir.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailəni narahat edən problemlərin həlli istiqamətində lazım olan bütün tədbirlərin görüləcəyini şəhid ailələrinə bildirmişdir.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və rayon Prokuroru Vüqar Əhmədli fürsətdən istifadə edərək Həsənqaya kəndində yaşayan, Kəlbəcər rayonundan olan 30 məcburi köçkün ailəsi ilə görüşmüş, onları narahat edən məsələlərlə maraqlanmış və Vətən müharibəsi zamanı düşmən artilleriya atışı nəticəsində dağılmış evlərə baxış keçirmişdir.
Azər Qocayev vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, vətənpərvər mərd igidlərimizin sayəsində biz doğma Qarabağımıza qayıdırıq.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.