Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına əsasən, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailələri ziyarət olunub.

24 sentyabr 2021 | 16:00

        44 günlük şanlı Vətən Müharibəsinin ildönümü ərəfəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına əsasən, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailələri ziyarət olunub.

       23 sentyabr 2021-ci il  tarixdə Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarının,  Kəlbəcər rayon Dövlət Aqrar inkişaf mərkəzinin, rayon Baytarlıq idarəsinin, rayon Statistika idarəsinin, rayon Suvarma Sistemləri idarəsinin rəhbərliyinin və rayon ziyalılarının iştirakı ilə Oğuz rayonunda şəhid Səməddin Əmrahov, Yevlax rayonunda şəhid Seymur Həsənli,  Göygöl rayonunda şəhid Eldəniz Verdiyev, Mingəçevir şəhərində  şəhid Taleh Muxtarov, Gəncə şəhərində şəhid Qabil İsmayılovun evləri ziyarət olunub, valideynləri və digər ailə üzvləri ilə görüşülüb, onların sosial problemləri və qayğıları ilə maraqlanıblar. Eyni zamanda şəhidlərimizin məzarları ziyarət olunaraq, məzarları üzərinə gül-çiçək dəstələri düzülüb, dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilibdir.
      Şəhid valideynləri bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu bildirərək,  göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə  öz dərin təşəkkürlərini bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

Keçidlər