28 May – Respublika Günü münasibəti ilə Kəlbəcər rayon ziyalılarının iştirakı ilə Kəlbəcər rayon Mədəniyyət Sarayında geniş tədbir keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı mərasimdə Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov çıxış edərək vurğuladı ki, dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəsna yeri vardır.
Şərqdə ilk parlament tipli demokratik respublika kimi Azərbaycan Xalq Cümhuriyyəti qədim dövlətçilik ənənələrimizi yaşadaraq, müasir dövrə xas olan dövlət atributlarını yaratmağa nail olmuşdur. Qısa zaman ərzində Azərbaycan Xalq Cümhuriyyəti dünya ölkələri tərəfindən tanınmış və beynəlxalq hüququn subyektinə çevrilmişdir. XX əsrin sonunda – 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etsə də, onun möhkəmləndirilməsi üçün, əslində heç bir iş görülməmişdir. 1993-cü ildə ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. Ulu öndər siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı.
1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün inkişaf yolu kimi seçdi. Respublika Günü ilə bağlı keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini İkram Salmanovunda da məruzəsi dinlənildi. O vurğuladı ki, xalqımız bundan sonra da Ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək fundamental qələbələr qazanacaq, öz müstəqilliyini əbədi qoruyub möhkəmləndirəcəkdir.