Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri dövlətimiz tərəfindən daima diqqət və qayğıyla əhatələnmişdir.

25 sentyabr 2021 | 16:00

    Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri dövlətimiz tərəfindən daima diqqət və qayğıyla əhatələnmişdir.
    Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığına əsasən RİH məsul şəxsləri, idarə və müəssisə rəhbərləri Vətən müharibəsi  şəhidlərinin ailələrini mütəmadi olaraq ziyarət edir, görüşlər keçirirlər.
Kəlbəcər rayon Təhsil şöbəsinin kollektivi və Kəlbəcər rayon tam orta məktəblərinin şagird və müəllim heyəti şəhid Samir Bayramov, şəhid Elnur Mustafayevin ailələrini ziyarət edib, şəhid Rasim Abdullayev, şəhid Elnur Mustafayevin məzarları üstünə gül dəstələri qoyaraq, əziz xatirələrini böyük ehtiramla yad ediblər.
     Ziyarətlər zamanı çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən daimi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

Keçidlər