Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkadaşları şəhidin ildönümündə məzarını ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkadaşları şəhidin ildönümündə məzarını ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və Rayon İcra nümayəndələri Samux rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhid Bəylərov Seymur Səlyəddin oğlunun il mərasimində iştirak ediblər.
Mərasimdə şəhidin xatirəsi yad edilib. Torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, Allahdan rəhmət, ailəsinə səbr dilənib.
Daha sonra şəhidin məzarı ziyarət olunaraq, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb , ruhuna dualar oxunubdur. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.