Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ildönümündə ailəsini ziyarət edib.

29 sentyabr 2021 | 16:00

    29 sentyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev başda olmaqla, RİH başçısı aparatının məsul əməkadaşları,Rayon idarə-müəssisə rəhbərləri və rayon ağsaqqalı Vaqif Əşrəfov Ağdam rayonu, Baharlı qəsəbəsində Vətən müharibəsi zamanı şəhid olan Mönsümzadə Orxan Səfiyar oğlunun il mərasimində iştirak ediblər.
    Mərasimdə rayon rəhbəri Azər Qocayev şəhid ailəsinə başsağlığı verərək, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını bildirib. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib.
   Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

Keçidlər