Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və Millət vəkilinin köməkçisi Xəlil Rüstəmov şəhid Musayev Murad Polad oğlunun il mərasimində iştirak ediblər.

29 sentyabr 2021 | 16:00

   Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və Millət vəkilinin köməkçisi Xəlil Rüstəmov Bərdə rayonu, Əmirli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhid  Musayev Murad Polad oğlunun il mərasimində iştirak ediblər.
  Mərasimdə şəhidin xatirəsi yad edilib. Torpaq uğrunda canından keçən cəmi şəhidlərimizin ruhuna dualar oxunub, Allahdan rəhmət, ailələrinə səbr dilənib.
  Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər