Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon Millət vəkili Aqil Məmmədov və RİH başçısının 1-ci müavini Eldəniz Mehtiyev şəhidlərin il mərasimində iştirak ediblər.

30 sentyabr 2021 | 16:00

   Kəlbəcər rayon Millət vəkili Aqil Məmmədov və RİH başçısının 1-ci müavini Eldəniz Mehtiyev 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Abşeron rayonu, Mehdiabad qəsəbəsində şəhid Atayev Nicat Habil oğlunun, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində  şəhid  Məhərrəmli Fuad Füzuli oğlunun il mərasimində iştirak ediblər. 
   Mərasimdə şəhidlərin əziz  xatirələri yad edilərək, şəhidlərimizə  Allahdan rəhmət, ailələrinə səbr dilənib.
   Şəhid Atayev Nicatın dəfn olunduğu ikinci Fəxri Xiyaban ziyarət olunaraq, məzarı üstünə gül dəstələri qoyulub, ruhuna dualar oxunubdur.

Keçidlər