Kəlbəcər rayon İcra Hakimiyyətində Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 103-cü ildönümü qeyd olunub.
Kəlbəcər rayon İcra Hakimiyyətində Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 103-cü ildönümü qeyd olunub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il öz peşə bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 103-cü ildönümünü və növbəti peşə bayramını qeyd edir.
1 oktyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu münasibət ilə Kəlbəcər rayon İcra Hakimiyyətində RİH başçısı Azər Qocayev, Kəlbəcər rayon prokuroru Vüqar Əhmədli və rayon prokurorluğunun əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar.
Tədbbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixdə imzaladığı sərəncamla hər il oktyabr ayının 1-I Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Azər Qocayev prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun 103-cü ildönümü münasibət ilə bütün prokurorluq işçilərini, o cümlədən Kəlbəcər rayon prokurorunu təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra geniş məruzə ilə çıxış edən rayon prokuroru Vüqar Əhmədli prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Eyni zamanda, artıq işğaldan azad olunmuş rayonun prokuroru olduğu üçün öz sevinc hissini ifadə edib.
Tədbirdə digər çıxış edənlər prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə öz səmimi təbriklərini çatdırıblar.
Sonda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən prokurorluq əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim edilib.