Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Gənclərinin VII forum qabağı Kəlbəcər rayon gənclərinin ümumrayon toplantısı keçirildi

05 iyun 2014 | 15:00

Azərbaycan Respublikası Gənclərinin VII forum qabağı 27 may 2014-cü il tarixdə Kəlbəcər rayon Aşıq Şəmşir adına Mədəniyyət evinin zalında  rayonun təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə orqanlarında çalışan, ali təhsil müəssisələrində təhsil alan gənclərin, həmçinin rayon rəhbərliyi, müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Kəlbəcər rayon gənclərinin ümumurayon toplantısı keçirildi.
Tədbir Azərbaycan Respublikasının himni ilə başladı.
  Tədbiri açıq elan edən Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov bildirib ki, Kəlbəcər rayon əhalisinin təqribən  30,0 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.
Toplantıda çıxış edən gənclər "Dahi Heydər Əliyevi böyük sevgi ilə anaraq, o, böyük şəxsiyyətin Azərbaycan gəncliyinə hər mənada verdiyi töhvələrdən, millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürlü olmalarını arzuladığını yada salaraq, Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaranmasını və xalqının gənclərini bir araya toplamasını, 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumunun keçirilməsini və Ulu öndərin 1997-ci ildə  imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gənclər günü elan edilməsini böyük rəğbətlə xatırladılar.

Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının müavini İkram Salmanov gəncləri salamlayaraq qeyd edib ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman ön sırada olub.  Ümummilli Liderimiz  Heydər  Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Azərbaycan Respublikası gənclərinin VII forumunda iştirak etmək üçün Kəlbəcər rayon gənclərindən 5 nəfər nümayəndə seçildi.
     Sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Kəlbəcər rayon gənclərinin toplantısı adından müraciət qəbul edildi.

Keçidlər