Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları mülki şəhid Həsənov Zabil Məhəmməd oğlunun ildönümü mərasimində iştirak ediblər.
01 oktyabr 2021 | 16:00
1 oktyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları Tərtər rayonu, Bəyimsarov kəndində düşmən artilleriya atışı nəticəsində həlak olmuş mülki şəhid Həsənov Zabil Məhəmməd oğlunun ildönümü mərasimində iştirak ediblər.
Mərasimdə şəhidin xatirəsi yad edilib, Allahdan rəhmət, ailəsinə səbr dilənib.
Daha sonra şəhidin məzarı ziyarət olunaraq, məzarı üstünə gül dəstələri qoyulub, ruhuna dualar oxunubdur.
Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.