Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət vəkili Aqil Məmmədov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid Abdullayev Həsən Aydın oğlunun il mərasimində iştirak ediblər.

02 oktyabr 2021 | 16:00

    2 oktyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət vəkili Aqil Məmmədov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH başçısı aparatının məsul əməkdaşları, Rayon idarə-müəssisə rəhbərləri İsmayıllı rayonu,Qarabağ qəsəbəsində 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Abdullayev Həsən Aydın oğlunun il mərasimində iştirak ediblər. 
    Mərasimdə şəhidin xatirəsi yad edilib. Torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, Allahdan rəhmət, ailəsinə səbr dilənib.
    Daha sonra şəhidin məzarı ziyarət olunaraq, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb , ruhuna dualar oxunubdur. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət vəkili Aqil Məmmədov və  İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, şəhid anaları və qazilərlə söhbət aparmış, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə öz tapşırıqlarını vermişlər.
   Şəhidin ailə üzvləri , şəhid anaları və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər