Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi zamanı yaralanan qazi Ağayev Sənan Dilqəm oğlu və qazi Xəlilov Samir Firdovsi oğlu ilə görüş keçirilib.
06 oktyabr 2021 | 16:00
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığı ilə, RİH əməkdaşları və RİH başçısının Qamışlı kənd İƏD üzrə nümayəndəsi 44 günlük Vətən müharibəsi zamanı yaralanan, hal-hazırda Gəncə şəhəri Psixiatriya Xəstəxanasında müalicə alan qazi Ağayev Sənan Dilqəm oğlunu və qazi Xəlilov Samir Firdovsi oğlunu ziyarət edərək, onların səhhəti və gündəlik qayğıları ilə maraqlanıblar.
Qəhrəman qazilərimiz müharibədən qayıtdıqları gündən mütəmadi olaraq diqqət mərkəzində olduqlarını, RİH tərəfindən maddi və mənəvi dəstək aldıqlarını vurğulayaraq öz minnətdarlıqlarını bildiriblər.