Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısı aparatının məsul əməkdaşları, Rayon Hüquq-mühafizə orqanlarının əməkdaşları , şəhid Muxtarov Taleh Həşim oğlunun il mərasimində iştirak ediblər.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısı aparatının məsul əməkdaşları, Rayon Hüquq-mühafizə orqanlarının əməkdaşları , rayon idarə-müəssisə rəhbərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Muxtarov Taleh Həşim oğlunun ildönümü ilə əlaqədar Goranboy rayonu, Xanqərvənd kəndində il mərasimində iştirak ediblər. Şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib, Allahdan rəhmət, ailəsinə səbr dilənib.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.