Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib.
19 oktyabr 2021 | 16:00
Kəlbəcər Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və qəbula gələn Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlərin həlli üçün müvafiq göstərişlərini verdi.