Şriftin ölçüsü :

Saytın rəngi :

01 noyabr 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Tağıyev Eşqin Asif oğlunun ildönümü qeyd olunub.

01 noyabr 2021 | 16:00

  31 oktyabr 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Tağıyev Eşqin Asif oğlunun ildönümü qeyd olunub. Bu münasibət ilə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Göygöl rayon, Üçtəpə kəndində anım mərasimi keçirilib.
  İlk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, Rayon idarə və müəssisə təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət olunaraq, əziz xatirəsi böyük ehtiramla yad  edilib, məzarı önünə gül dəstələri düzülüb,ruhuna dualar oxunub.
  Daha sonra şəhidin ailə üzvləri ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb. Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bütün Kəlbəcərlilər adından şəhid Tağıyev Eşqin Asif oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Bildirib ki,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini hər zaman əziz və uca tutacaqdır. Eşqin Tağıyev kimi qəhrəman oğullarımızın şanlı döyüş yolu hər zaman gənc nəsilə aşılanacaqdır.
  Sonda şəhidin ailə üzvləri, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.

 

 

Keçidlər