Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Təhsil müəssisələrində Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilmişdir.

02 noyabr 2021 | 16:00

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə  əlaqədar Təhsil müəssisələrində Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilmişdir.

  02 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən Gəncə  şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 1 nömrəli və 55 nömrəli məktəblərdə "Zəfər günü"- nə həsr edilmiş Vətən müharibəsi Qaziləri ilə məktəblilərin görüşü keçirilib.
  Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri vətənpərvərlik ruhunda böyütmək, tarix boyu xalqımızın başına gələn müsibətlər haqqında məlumatlandırmaq və gələcək nəslə vətən sevgisini aşılamaqdan ibarətdir.
  55 nömrəli məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Səməd Nadirov və vətən müharibəsi iştirakçısı Hikmət Şahmuradov çıxış edərək 44 gün davam edən müharibədə ordumuzun şərəfli qalibiyyətindən məktəb kollektivinə geniş məlumat veriblər.
  Kəlbəcər rayon 1 nömrəli tam orta məktəbdə məktəbin direktoru Nazim Qafarov,
Gənclər və idman idarəsinin rəisi Musa Məmmədov,Qazi- Musayev Şirin Paşa oğlu çıxışlar edərək bildirmişlər ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
  Sonda şagirdlər vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqramla çıxış ediblər.

 

 

Keçidlər