03 noyabr 2021- ci il tarixdə Göygöl rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi " Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir " devizi altında tədbir keçirilmişdir

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin əməkdaşları, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları, vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göygöl rayonunda ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin rəisi Rahim Mustafayev, Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşı Heydər Bəylərov, Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov çıxış edərək , 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən geniş məlumat verib, Xalq- Prezident birliyinin ölkəmizin qalibiyyətini təmin etməsini bir daha vurğulamışlar.
Daha sonra Şəhid ailələri, Qazilər və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilmişdir.
Tədbirin sonunda iştirakçılar Şəhidlər Xiyabanına gedərək, şəhid məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.