Şriftin ölçüsü :

Saytın rəngi :

"Tariximizi öyrənək" adı altında Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyinə və 44 günlük Vətən müharibəsində şanlı qələbəmizi əks etdirən Hərbi Qənimətlər Parkına ziyarətlər olunub.

03 noyabr 2021 | 16:00

  Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçıllğı ilə Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə  əlaqədar Baki şəhərində Kəlbəcər rayon tam orta məktəb şagirdlərinin və  6 saylı uşaq bağçasının iştirakı ilə  "Tariximizi öyrənək" adı altında Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyinə və 44 günlük Vətən müharibəsində şanlı qələbəmizi əks etdirən Hərbi Qənimətlər Parkına ziyarətlər olunub.
  Ziyarət zamanı şagirdlər, eləcə də azyaşlı uşaqlar parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına baxış keçirmişlər.
   Açıq səma altında muzey kimi fəaliyyət göstərən parkı ekskursiya edən gənclər bu qələbə günlərini yaşatdıqlarına görə ölkə rəhbərinə, şəhidlərimizə, əsgər və zabitlərimizə təşəkkürünü bildirmişlər.
   Belə ekskursiyaların təşkilində məqsəd şagirdlərdə, eyni zamanda uşaqlarda bağça yaşlarından etibarən vətənpərvərlik hislərini aşılamaqdan ibarətdir.

 

Keçidlər