Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə şəhərində raket və mərmilər nəticəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə ziyarət edilmişdir.

04 noyabr 2021 | 16:00

  Respublikanın hər yerində olduğu kimi, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən də Vətən müharibəsi şəhidlərinin ildönümləri ilə əlaqədar olaraq şəhidlərin məzarları, abidə kompleksləri ziyarət olunur.
  04 Noyabr 2021-ci il tarixdə, "Zəfər" gününün birinci ildönümü ərəfəsində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət vəkili Aqil Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, Rayon idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Gəncə şəhərində raket və mərmilər nəticəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə ziyarət edilmişdir.
  Ziyarət zamanı Vətən Müharibəsi dövründə həlak olan mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, abidə önünə tər çiçəklər düzülüb, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Keçidlər