"Yaddaş saatı" adı altında aksiya və "Keçən günlər müqəddəs bir xatirədir" adı altında Kəlbəcər şəhidlərinin mülki həyatda olan fotolarından ibarət sərgi təşkil olunmuşdur.
05 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçıllğı ilə Vətən müharibəsinin və "Zəfər" gününün birinci ildönümünün qeyd olunması ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq qazilərin, şagirdlərin və azyaşlıların iştirakı ilə "Yaddaş saatı" adı altında aksiya təşkil olunmuşdur.
Aksiya iştirakçıları Kəlbəcər Şəhidlərinin hər birinin fotolarından ibarət formalarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər.
Aksiya iştirakçıları əvvəlcə Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən Şəhidlərin Abidə Kompleksini ziyarət etmişlər.
Daha sonra Şanlı Qələbəmizin ildönümü ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən Kəlbəcər rayon Mədəniyyət sarayında "Keçən günlər müqəddəs bir xatirədir" adı altında şəhidlərin mülki həyatda olan fotolarından ibarət sərgi təşkil olunmuşdur. Kəlbəcər rayon Mədəniyyət sarayında təşkil olunmuş Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə xanım Əhmədovanın, RİH başçısı aparatının məsul əməkdaşlarının, rayon idarə və müəssisə təşkilatlarının rəhbərlərinin və ictimaiyyət nümayndələrinin iştirak etdiyi sərgidə şəhidlərimizin mülki həyatda olan anlarını əks etdirən, bir-birindən gözəl və qəlbləri kövrəldən foto-şəkillərə və Vətən müharibəsi mövzusunda məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmişdir.
Vətən müharibəsi Azərbaycan gənclərində, torpaq, vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı Ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bizə bu zəfər sevincini yaşadan, Torpaqlarımızın bütövlüyü uğrunda canından keşən qəhrəman övladlarımızın əziz xatirəsi yaddaşımızda əbədi olaraq qalacaqdır.
Allah şəhidlərimizə rəhmət eləsin!