Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz polkovnik-leytenant Zaur Cəfərov "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.

06 noyabr 2021 | 16:00

  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı     Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları ölümündən sonra təltif edilsinlər:
 Şəhidimiz polkovnik-leytenant Zaur Cəfərov "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilib.
 Allah cəmi şəhidlərimizə rəhmət eləsin !

Keçidlər