Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr Zəfər günü ilə əlaqədar olaraq "Şanlı Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirilmişdir.

06 noyabr 2021 | 16:00

  06 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Regional Mədəniyyət İdarəsinin və Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar olaraq  "Şanlı Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirilmişdir.
  Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Gəncə Regional Mədəniyyət idarəsinin rəisi  Vasif Cənnətov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.
  İlk öncə Kəlbəcər rayon Mədəniyyət sarayında  şəhidlərin mülki həyatda olan fotolarından ibarət təşkil olunan sərgiyə və Vətən müharibəsi mövzusunda məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Zəfəri bizə bəxş etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  Tədbir vətənpərvər ruhlu musiqilərlə davam etdi. Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin kollektivi Şəhid Xudayarın əziz xatirəsinə ehtiram əlaməti olaraq  "Xudayar təsnifi"ni ifa etdilər.
  Məktəbin müəllimlərinin və şagirdlərinin ifasında konsert proqramı tədbir iştirakçılarına təqdim olundu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Keçidlər