8 noyabr – “Zəfər Günü” ilə əlaqədar Kəlbəcər Rayon İcra Hakimiyyətində bayram tədbiri keçirilmişdir
Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə Kəlbəcər rayon Mədəniyyət Mərkəzinin qarşısında 8 Noyabr - Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirilmişdir.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri,ziyalılar,qazilər,Vətən mürahibəsi veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
Qazilərin iştirakı ilə Kəlbəcər şəhidlərinin Abidə Kompleksi ziyarət olunaraq, əziz xatirələri böyük ehtiramla yad edilib.
Daha sonra Kəlbəcər Rayon Mədəniyyət Mərkəzinin qarşısında 8 noyabr – “Zəfər günü” ilə əlaqədar "Zəfərin mübarək, Azərbaycan!" adlı bayram tədbiri başlayıb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbri giriş sözü ilə açan aparıcı tədbir iştirakçılarını və rayon sakinlərini salamlayaraq "Zəfər" günü münasibətilə təbrik edib.
Çıxış üçün söz verilən ziyalılar, bildiriblər ki, Şanlı tariximiz olan Zəfər Gününün ölkəmizin hər bir şəhərində,qəsəbəsində,kəndində böyük təntənə ilə qeyd olunması hər bir Azərbaycanlıya qürur verir. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, uzaqgörən siyasət, xüsusilə, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini, Zəfər Günü sevincini bizə yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza dərin məhəbbəti çıxışlarında ifadə ediblər.
"Zəfər" gününə həsr olunan bayram konsertində Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhunda müxtəlif musiqilər səsləndirlmiş, rayon sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.