Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Həsənli Seymur Qələndər oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.

11 noyabr 2021 | 16:00

  2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan  Həsənli Seymur Qələndər oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidin il dönümündə Kəlbəcər RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri iştirak edib.
  Mərasim iştirakçıları tərəfindən Yevlax rayon Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi böyük ehtiramla yad  edilib, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.
  Mərasim iştirakçıları bütün Kəlbəcərlilər adından şəhid Həsənli Seymur Qələndər oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
  Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
  Həsənli Seymur Qələndər oğlu 09 noyabr 1993-cü ildə anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Seymur Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Noyabr ayının 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 11 noyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
  15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Keçidlər