Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Əhmədov Əhmədxan Məzahir oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.

12 noyabr 2021 | 16:00

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Əhmədov Əhmədxan Məzahir oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidin ildönümündə Kəlbəcər RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri iştirak edib.
  Mərasim iştirakçıları tərəfindən Göygöl rayon Murovdağ Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.
  Daha sonra Daşkəsən rayon Quşçu kəndində şəhidin ailəsi ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb.Mərasim iştirakçıları bütün Kəlbəcərlilər adından şəhid Əhmədov Əhmədxan Məzahir oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
  Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
  Əhmədov Əhmədxan Məzahir oğlu 01 fevral 1999-cu ildə anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər