2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Rzayev Ülfət Novruz oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Rzayev Ülfət Novruz oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidin ildönümündə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər və Tərtər rayon RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri iştirak edib.
Mərasim iştirakçıları tərəfindən Tərtər rayon Cəmilli kəndində şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.
Daha sonra Tərtər rayon Şxarx qəsəbəsində şəhidin ailəsi ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb.
Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bütün Kəlbəcərlilər adından şəhid Ülfət Rzayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Rzayev Ülfət Novruz oğlu 11 fevral 2000-ci ildə anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
05 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 13 noyabr 2020-ci ildə Tərtər rayon Cəmilli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.