Şriftin ölçüsü :

Saytın rəngi :

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür.

22 noyabr 2021 | 16:00

   22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür.
  Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
  Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 103 il ötür. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.
  Bu ilki bayram isə xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Belə ki, ötən ay müstəqilliyimizin bərpa olunmasının 30 illiyi, cəmi bir neçə gün öncə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin birinci ildönümü – Zəfər Günü qeyd olunub.
  Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə inkişaf edən respublikamızda ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.
  Bu əlaməttar gün münasibəti ilə  22 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
   İlk öncə Kəlbəcər rayon İcra Hakimiyyətində RİH başçısı Azər Qocayev, Kəlbəcər rayon məhkəməsinin sədri Həsən Qəniyev və rayon məhkəməsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar.
  Tədbbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü bu il xalqımızın şanlı Qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunur.  Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə inkişaf edən respublikamızda ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir. 
  Azər Qocayev Ədliyyə işçilərini i peşə bayramı günü münasibəti ilə təbrik edib,can sağlığı və peşə fəaliyyətlərində uğurlar arzu etdi.
  Daha sonra çıxış edən Kəlbəcər rayon Məhkəməsinin sədri Həsən Qəniyev ədliyyə orqanlarının inkişaf tarixindən, bu günündən, ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində apardığı köklü islahatların nəticələrindən, ölkədə qanunçuluğun möhkəmləndirilməsində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli tədbirlərdən danışdı.
   Tədbirdə digər çıxış edənlər ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə öz səmimi təbriklərini çatdırıblar.
   Sonda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən ədliyyə işçilərinə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

 

Keçidlər